Bu ilin yanvar-noyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 6,2 milyard manat təşkil edib.
Bu barədə Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,5% artaraq 1,8 milyard manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,2% azalaraq 3,9 milyard manat, aksizlər üzrə daxilolmalar 10,2% azalaraq 184,827 milyon manat, yol vergisi üzrə daxilolmalar isə cüzi azalaraq 39,255 milyon manat təşkil edib.
Fuad Mədətov
Fins.az