BAZAR

23 Dekabr

Türkiyədə qurulan Qırğızıstan şirkətlərinin sayı azalıb

2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 16 şirkət qeydiyyata alınıb, bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 şirkət azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 15 milyon 350 min türk lirəsi olub, halbuki 2023-cü ilin eyni dövründə bu rəqəm 108 milyon 820 min türk lirəsi təşkil edib.

TOBB-dan bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (13) qeydiyyata alınıb. İstanbulda qeydiyyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı isə 3 milyon 850 min türk lirəsi təşkil edib.

Məlumata əsasən, bu dövr ərzində Türkiyədə Qırğızıstan kapitalı ilə qeydiyyata alınan 8 ticarət şirkəti olub, qalan şirkətlər isə iqtisadiyyatın digər sahələrini əhatə edir.