Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 628 milyon dollar dəyərində 610 min 27 ton meyvə-tərəvəz ixrac edib.
Bu barədə Fins.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13 milyon 188 min ABŞ dolları (2,1%), həcm baxımından isə 31 713 ton (4,9%) azdır.
11 ayda meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,58%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 20,32%-ni təşkil edib.
Eyni zamanda cari ilin yanvar-noyabr aylarında Azərbaycan 246 milyon 470 min ABŞ dolları dəyərində 325 850 ton meyvə-tərəvəz idxal edib ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə dəyər baxımından 45 milyon 639 min ABŞ dolları (22,7%), həcm baxımından isə 13 190 ton (4,2%) çoxdur.
11 ayda meyvə-tərəvəz idxalı Azərbaycanın ümumi idxalının 1,27%-ni təşkil edib.
Fuad Mədətov
Fins.az