BAZAR

19 Dekabr

Azərbaycanda şəkər ixracının dəyəri və həcmi artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 36 milyon 936 min ABŞ dolları dəyərində 47 885 ton şəkər və şəkərdən qənnadı məmulatları ixrac olunub.

Bu barədə Fins.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 12 milyon 130 min ABŞ dolları (55,1%) çox, həcm ifadəsində isə 16 693 ton (53,5%) çoxdur.

11 ayda ayda şəkər və şəkərdən qənnadı məmulatları ixracı ölkənin ümumi ixracının 1,39%-ni təşkil edib.

Eyni zamanda cari ilin ilk 11 ayında Azərbaycanda 218 milyon 370 min ABŞ dolları dəyərində şəkər və şəkərdən qənnadı məmulatları idxal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 milyon 170 min ABŞ dolları (2,7%) azdır.

11 ayda şəkər və şəkərdən qənnadı məmulatları idxalı ölkənin ümumi idxalının 1,16%-ni təşkil edib.

Fuad Mədətov
Fins.az