BAZAR

19 Dekabr

Aİ-da kərə yağının qiyməti uçur

Fins.az - Avropada kərə yağı qiymətləri rekord həddə çatıb.

Xüsusilə Fransada, qiymətlərin 25% artması nəticəsində, bəzi şirniyyatçılar məşhur kruassanları margarindən hazırlamağa başlayıb. Almaniya və İtaliyada isə kərə yağı qiymətləri 40%-dən çox yüksəlib. Bəzi ölkələrdə, məsələn, Polşada hökumət, ölkənin strateji ehtiyatlarından min ton kərə yağı satışına açıq tender elan edib. Məqsəd, qiymətləri Milad öncəsi sabitləşdirməkdir. Portuqaliyada isə kərə yağı qiymətləri bu il təxminən 26% artıb.

Bu artım, beynəlxalq tələbin yüksəkliyi ilə izah edilir.