BAZAR

17 Dekabr

Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 168 milyon 996 min manat təşkil edib.

Bu barədə Fins.az Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.

Eyni zamanda, bu ilin yanvar-noyabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 109 milyon 593 min manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

Fuad Mədətov
Fins.az