BAZAR

16 Dekabr

İqtisadiyyatda muzdla çalışanların sayı

Fins.az - 2024-cü il noyabrın 1-i vəziyyətinə görə, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1773,3 min nəfər olub. Bu şəxslərin 881,7 min nəfəri dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

İşçilərin sahələr üzrə paylanması aşağıdakı kimidir:

  • Ticarət və nəqliyyat vasitələrinin təmiri: 18,6%
  • Təhsil: 18,4%
  • Sənaye: 12,8%
  • Səhiyyə və sosial xidmətlər: 8,5%
  • Tikinti: 6,8%
  • Dövlət idarəetməsi və müdafiə, sosial təminat: 6,4%
  • Nəqliyyat və anbar təsərrüfatı: 4,3%
  • Peşə, elmi və texniki fəaliyyət: 3,8%
  • Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 3,2%
  • Maliyyə və sığorta fəaliyyəti: 2,2%
  • İqtisadiyyatın digər sahələri: 15,0%

2024-cü ilin yanvar-oktyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8% artaraq 993,2 manat təşkil edib. Xüsusilə mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində əməkhaqqı daha yüksək olub.