2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Ambarlı limanı 3 min 638 gəmi qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin qeyd edilən dövründə Ambarlı limanı Türkiyə bayrağı altında üzən 1 min 556 gəmi və digər ölkələrin bayraqları altında üzən 2 min 72 gəmi qəbul edib.
2024-cü ilin noyabr ayında Türkiyə limanları ümumilikdə 32 milyon 470 min 94 ton yük qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 436 min 123 ton, digər ölkələrin bayraqları altında isə 30 milyon 33 min 971 ton yük daşınıb.
Bununla yanaşı, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton transit yük daşınıb.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları ümumilikdə 363 milyon 841 min 53 ton yük qəbul edib. Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 27 milyon 488 min 32 ton, digər ölkələrin bayraqları altında gəmilərlə isə 336 milyon 353 min 21 ton yük daşınıb. Bu dövr ərzində Türkiyə limanlarından 63 milyon 524 min 718 ton transit yük daşınıb.
2024-cü ilin noyabr ayında Türkiyə limanları 4 min 373 gəmi qəbul edib. Bu dövr ərzində Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 966, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 min 407 olub.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 56 min 86 gəmi qəbul edib. Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 36 min 550, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 536 olub.