BAZAR

13 Dekabr

Türkiyədən Özbəkistana elektrik avadanlıqlarının ixracı 20,9 % artıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Özbəkistana elektrik avadanlıqlarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz artaraq 138 milyon 109 min 48 dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, cari ilin noyabr ayında Türkiyə Özbəkistana 13 milyon 725 min dollar dəyərində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 1,3 faiz azdır.

Eyni zamanda qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 15 milyard 205 milyon 762 min dollar təşkil edib.

Nazirliyin məlumatına görə, bu ilin noyabr ayında Türkiyə 1 milyard 455 milyon 476 min dollar dəyərində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,2 faiz çoxdur.

Həmçinin vurğulanıb ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 16 milyard 637 milyon 297 min dollar dəyərində elektrik avadanlıqları ixrac edib.

Fuad Mədətov
Fins.az