BAZAR

13 Dekabr

Başqırdıstan Azərbaycana 26 partiya hinduşka əti ixrac edib

Başqırdıstandan Azərbaycana ixrac edilən daha bir partiya dondurulmuş hinduşka əti yarımfabrikatlarına baytarlıq nəzarəti tədbirləri həyata keçirilib.

Fins.az, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına istinadən xəbər verir ki, Rusiya Dövlət sərhədində və nəqliyyatda baytarlıq nəzarəti İdarəsinin mütəxəssisləri tərəfindən yoxlanılan ət məhsullarının çəkisi 16 ton olub.

İlin əvvəlindən Başqırdıstanın istehsalçı müəssisəsi tərəfindən Azərbaycana ixrac edilən ümumilikdə 26 partiya hinduşka əti məhsullarının çəkisi isə 363 ton təşkil edib.