BAZAR

13 Dekabr

Azərbaycanın xarici ticarət dövriyyəsi: Ən böyük pay hansı ölkələrə aiddir?

Fins.az, Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 24,3 faizi İtaliya, 13,1 faizi Türkiyə, 10 faizi Rusiya, 7,7 faizi Çin, 3,3 faizi Almaniya, 2,6 faizini ABŞ və Avstraliya, 2,4 faizi Çexiya, 2,3 faizi Hindistan, 2,2 faizi Xorvatiya, 1,9 faizi İsrail, 1,7 faizi Gürcüstan, 1,6 faizi Portuqaliya və Birləşmiş Krallıq, 1,5 faizi Bolqarıstan, 1,3 faizini İran və Yunanıstan, 1,1 faizi Rumıniya, 1 faizini isə Belarus, Qazaxıstan, İsveçrə və Ukrayna təşkil edib.

Ticarət əməliyyatlarının 11,7 faizi isə digər ölkələrlə aparılıb.

İxracda İtaliya 40,1 faizlə ən böyük paya sahib olub, Türkiyəyə ixrac 14,2 faiz, Rusiyaya 4,3 faiz, Çexiyaya 4,0 faiz, Xorvatiyaya 3,7 faiz, Hindistan və İsraildən hər biri 3,2 faiz, Portuqaliyaya 2,8 faiz, Almaniyaya 2,7 faiz, Gürcüstana 2,5 faiz, Bolqarıstana 2,4 faiz, Yunanıstana 2,1 faiz, Birləşmiş Krallığa 1,8 faiz, Rumıniyaya 1,7 faiz, Tunisə 1,2 faiz, Tailanda 1 faiz, İsveçrə, Serbiya, İspaniya və İndoneziyaya isə hər biri 0,7 faiz ixrac edilib.

Eyni zamanda, 5,1 faiz ixrac digər ölkələrə göndərilib.

Qeyri-neft-qaz məhsullarının ixracında Rusiya 34,1 faizlə lider olub, Türkiyə 17 faiz, Gürcüstan 8,3 faiz, İsveçrə 6 faiz, ABŞ 4,2 faiz, Qazaxıstan 3,8 faiz, Ukrayna 3,2 faiz, Türkmənistan 2,5 faiz, Oman 2,3 faiz, Birləşmiş Ərəb Əmirlikləri 1,6 faiz, Almaniya 1,5 faiz, Belarus 1,4 faiz, Niderland 1,2 faiz, İtaliya 1,2 faiz, Rumıniya 1,1 faiz, Özbəkistan isə 1,1 faiz ixrac edilib.