2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Yunanıstana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 48,2 faiz artaraq, 588 milyon 69 min 62 dollar təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Bu ilin noyabr ayında isə Yunanıstana kimyəvi maddə məhsullarının ixracı 35 milyon 37 min 25 dollar olub ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 39,5 faiz artım deməkdir.
Ümumilikdə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı 1,3 faiz artaraq 28 milyard 147 milyon 342 min dollar olub. Lakin noyabr ayında ixracın həcmi 11,1 faiz azalarak 2 milyard 535 milyon 204 min dollar təşkil edib. Son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 30 milyard 843 milyon 824 min dollar məbləğində kimyəvi məhsul ixrac edib.
Fuad Mədətov
Fins.az