BAZAR

12 Dekabr

Sabiha Gökçen Hava Limanında yük daşınması 12% artıb

2024-cü ilin noyabr ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 37 milyon 907 min 76 nəfər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 12 faiz artaraq, 17 milyon 936 min 347 nəfər, beynəlxalq reyslər üzrə isə 13,1 faiz artaraq 19 milyon 970 min 729 nəfər təşkil edib.

2024-cü ilin noyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 420 min 924 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 128 min 543 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 15,5 faiz artaraq, 292 min 381 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin noyabr ayı ilə müqayisədə 6 faiz artaraq, 220 min 878 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq, 101 min 458, beynəlxalq reyslər üzrə isə 8,6 faiz artaraq 119 min 420 olub.

Bu ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 432 min 282 nəfər, yük daşınması isə 4 milyon 560 min 816 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.