BAZAR

12 Dekabr

Quraqlıq arabica təchizatına zərər vurur

Braziliyada davam edən quraqlıq arabica qəhvəsinin istehsalına ciddi təsir göstərir.

Fins.az xəbər verir ki, dünyanın aparıcı qəhvə tacirlərindən biri olan Volcafe Ltd. Braziliyadakı istehsal proqnozunu azaldaraq gələn mövsüm üçün 34,4 milyon çuval premium arabica paxlası istehsal edəcəyini açıqlayıb. Bu rəqəm əvvəlki proqnozdan 11 milyon çuval daha azdır.

Bu azalma səbəbindən 2025-2026-cı illərdə qlobal bazarda tələb ilə istehsal arasında 8,5 milyon çuval fərq yaranacağı gözlənilir. Bu xəbər Nyu-York birjasında arabica qəhvə fyuçerslərinin qiymətlərini 5% artıraraq rekord səviyyəyə çatdırıb. Hazırda qiymət 1 funt (təxminən 450 qram) üçün 350 sent təşkil edir.

Volcafe-nin hesabatında bildirilib ki, Braziliyanın 2025-2026-cı illər üçün arabica məhsul itkisi qlobal qəhvə bazarının strukturunda mühüm bir göstərici olacaq. Bu vəziyyət qəhvə bazarındakı qeyri-sabitliyi daha da artırır və istehlakçılar üçün qiymət artımlarına səbəb ola bilər.

Zemfira Ms
Fins.az