BAZAR

06 Dekabr

Türkiyənin Qırğızıstana tekstil məhsulları ixracı 32% azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Qırğızıstana tekstil məhsulları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 32,2% azalaraq 67,6 milyon dollar olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi TurkicWorld-a məlumat verib.

Nazirlikdən bildirilib ki, 2024-cü ilin noyabr ayında Türkiyə Qırğızıstana 6 milyon dollar dəyərində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 30% azdır.

Eyni zamanda, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ümumi tekstil məhsulları ixracı 0,8% azalaraq 8,7 milyard dollar olub.

Nazirlik, 2024-cü ilin noyabr ayında isə Türkiyənin 856 milyon dollar dəyərində tekstil məhsulları ixrac etdiyini və bu göstəricinin keçən ilin noyabrı ilə müqayisədə 6,8% artdığını qeyd edib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 9 milyard 478 milyon dollar dəyərində tekstil məhsulları ixrac edib.