BAZAR

06 Dekabr

Türkiyənin Qazaxıstana mebel ixracı 7,3% artıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Qazaxıstana mebel ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artaraq 66 milyon dollara çatıb.

Fins.az bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən məlumat verir.

Bununla yanaşı, 2024-cü ilin noyabr ayında Türkiyənin Qazaxıstana mebel ixracı 6,5 milyon dollar təşkil edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 20,3 faiz azalma nümayiş etdirir.

Ümumilikdə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ümumi mebel ixracı 1,6 faiz azalıb və 7 milyard 862 milyon 258 min dollar olub. Noyabr ayında isə Türkiyə 671 milyon 664 min dollar məbləğində mebel ixrac edib, bu da əvvəlki ilin noyabr ayı ilə müqayisədə 2,2 faiz azdır.

Son 12 ay ərzində isə Türkiyə 7 milyard 862 milyon 268 min dollar məbləğində mebel ixrac edib.