BAZAR

06 Dekabr

Türkiyənin Qazaxıstana hazır geyim ixracı 23,1% artıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Qazaxıstana hazır geyim ixracı 23,1% artaraq 434 milyon 408 min dollar olub. Lakin, noyabr ayında bu ixracın həcmi 52 milyon 119 min dollar olub və əvvəlki ilin oktyabr ayı ilə müqayisədə 30,7% azalıb.

Fins.az bu barədə  Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.

Ümumilikdə, 2024-cü ilin ilk 11 ayında Türkiyənin hazır geyim ixracı 6,4% azalarak 16 milyard 661 milyon 719 min dollar olub. Noyabr ayında ixracın ümumi dəyəri 1 milyard 489 milyon 931 min dollar olub ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 4,3% çoxdur.

2023-2024-cü illər arasında Türkiyənin hazır geyim ixracı 18 milyard 111 milyon 716 min dollar təşkil edib.