BAZAR

05 Dekabr

Türkiyənin Avropa Birliyinə ixracatı 12,2% artıb

2024-cü ilin oktyabr ayında Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 9,8 milyard dollar olub, bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,2% artım göstərib.

Fins.az, bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.

Yanvar-oktyabr dövründə isə Türkiyənin Avropa Birliyi ölkələrinə ixracı 90 milyard dollara çataraq, 3,9% artıb. Bu dövr ərzində Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı isə 3,5% artaraq 90,8 milyard dollar olub.

2024-cü ilin oktyabr ayında Türkiyənin ümumi xarici ticarət dövriyyəsi 52,9 milyard dollar olub.