2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Qırğızıstana avtomobil ixracı illik 106,9% artaraq 48,3 milyon dollar təşkil edib. Noyabrda isə ixrac 45,4% azalaraq 13,1 milyon dollara enib.
Fins.az, Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.
Türkiyənin ümumi avtomobil ixracı həmin dövrdə 6% artaraq 33,73 milyard dollara çatıb. Noyabr ayında isə illik 2,3% artımla 3,24 milyard dollar olub. Son 12 ayda Türkiyə 36,9 milyard dollarlıq avtomobil ixrac edib.