BAZAR

05 Dekabr

Türkiyənin ümumi xalça ixracı 2024-də 5% artıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Özbəkistana xalça ixracı 7,5% azalaraq 5,7 milyon dollar təşkil edib. Noyabr ayında isə bu göstərici illik müqayisədə 32,9% azalaraq 714 min dollar olub.

Fins.az, Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.

Türkiyənin ümumi xalça ixracı isə həmin dövrdə 5% artaraq 2,62 milyard dollara çatıb. Noyabr ayında ümumi xalça ixracı illik müqayisədə 2,6% azalaraq 259,9 milyon dollar təşkil edib. Son 12 ay ərzində isə xalça ixracı 2,88 milyard dollar olub.