2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Qırğızıstana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 faiz artaraq, 81 milyon 813 min 92 dollar səviyyəsinə çatıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2024-cü ilin noyabr ayında isə bu ixracın məbləği 7 milyon 581 min 92 dollar olub ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 6,2 faiz çoxdur.
Bundan əlavə, ümumilikdə 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 28 milyard 147 milyon 342 min dollara bərabər olub. Lakin, 2024-cü ilin noyabr ayında Türkiyənin kimyəvi məhsul ixracı 2 milyard 535 milyon 204 min dollar təşkil edib və bu, 2023-cü ilin noyabr ayı ilə müqayisədə 11,1 faiz azalıb.
Son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə ümumilikdə 30 milyard 843 milyon 824 min dollar məbləğində kimyəvi məhsul ixrac edib.
Fuad Mədətov
Fins.az