BAZAR

05 Dekabr

Türkiyədən Qazaxıstana sement məhsulları ixracı 10,2 milyon dollara çatıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Qazaxıstana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% azalaraq 10,2 milyon dollara çatıb.

Fins.az, Türkiyə Ticarət Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin noyabr ayında Türkiyədən Qazaxıstana 422,3 min dollar dəyərində sement məhsulları ixrac edilib, bu da keçən ilin noyabrı ilə müqayisədə 8,6% artım təşkil edir.

Eyni dövrdə, Türkiyənin dünya bazarlarına sement ixracı 6,4% azalaraq 4 milyard dollar olub. Noyabr ayında isə Türkiyə 346 milyon dollar dəyərində sement ixrac edib, bu da keçən ilin noyabrı ilə müqayisədə 0,3% artıb.

Son 12 ay ərzində (noyabr 2023 - noyabr 2024) Türkiyə ümumilikdə 4,3 milyard dollar dəyərində sement ixrac edib.