BAZAR

05 Dekabr

Türkiyənin Qazaxıstana dəri məhsulları ixracı 9,2% artıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Qazaxıstana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artaraq 44,9 milyon dollara çatıb.

Fins.az, Türkiyə Ticarət Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin noyabr ayında Türkiyədən Qazaxıstana 8,3 milyon dollar dəyərində dəri məhsulları ixrac edilib, bu da ötən ilin noyabrı ilə müqayisədə 52,4% azalıb.

Eyni dövrdə, Türkiyənin ümumi dəri məhsulları ixracı 18,7% azalaraq 1,42 milyard dollar olub. Noyabr ayında isə Türkiyə 116,68 milyon dollar dəyərində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabrı ilə müqayisədə 5,8% azdır.

Son 12 ayda (noyabr 2023 - noyabr 2024) Türkiyə ümumilikdə 1,53 milyard dollar dəyərində dəri məhsulları ixrac edib.