BAZAR

05 Dekabr

Azərbaycanla Portuqaliya arasındakı ticarət 153,9% artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanla Portuqaliya arasında ticarət dövriyyəsi 643,94 milyon ABŞ dolları təşkil edib.

Fins.az, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 390,35 milyon ABŞ dolları və ya 153,9% artıb. Portuqaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,64%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycan Portuqaliyaya 631,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. İxrac əməliyyatlarında Portuqaliyanın payı 2,78% olub.

Eyni zamanda, Azərbaycan Portuqaliyadan məhsul idxalını 15,6% artıraraq 12,64 milyon ABŞ dollarına çatdırıb. Bu idxal əməliyyatları ölkənin ümumi idxalının 0,08%-ni təşkil edib.