2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Qazaxıstana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 41,8 faiz azalaraq 104,08 milyon dollar təşkil edib.
Fins.az, bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin bildirdiyinə görə, 2024-cü ilin noyabrında Qazaxıstana 8,81 milyon dollar məbləğində avtomobil ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz azdır.
Eyni zamanda, ümumi avtomobil ixracı 2024-cü ilin yanvar-noyabr dövründə 6 faiz artaraq 33,73 milyard dollara çatıb.
Noyabr ayında isə Türkiyə ümumilikdə 3,24 milyard dollar dəyərində avtomobil ixrac edib ki, bu, ötən ilin noyabrı ilə müqayisədə 2,3 faiz çoxdur.
Son 12 ayda (noyabr 2023 - noyabr 2024) Türkiyə ümumilikdə 36,9 milyard dollar dəyərində avtomobil ixracı həyata keçirib.