2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə Qazaxıstana kimyəvi maddə məhsulları ixracını 6% artıraraq 226,1 milyon ABŞ dollarına çatdırıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirlib.
Məlumata görə, cari ilin noyabr ayında Qazaxıstana ixrac 22,3 milyon dollar təşkil edərək, ötən ilin eyni dövrünə nisbətdə 8,5% azalıb.
Ümumilikdə, Türkiyə yanvar-noyabr dövründə kimyəvi məhsul ixracını 1,3% artıraraq 28,1 milyard dollara yüksəldib. Bununla yanaşı, noyabr ayında ümumi ixrac həcmi 2,5 milyard dollar olub ki, bu da illik müqayisədə 11,1% azalma deməkdir.
Son bir ilin (noyabr 2023-noyabr 2024) nəticələrinə görə, Türkiyənin kimyəvi məhsul ixracı 30,8 milyard dolları keçib.
Bu göstəricilər Türkiyənin kimya sənayesindəki ümumi artımı və müəyyən aylarda müşahidə edilən azalmaları əks etdirir. Xüsusən də, noyabr ayında azalan göstəricilər, qlobal ticarət və bazar şərtlərindəki dəyişikliklərlə izah oluna bilər.
Fuad Mədətov
Fins.az