2024-cü ilin oktyabr ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinə ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz azalıb və 6 milyard 345 milyon 637 min dollar təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata görə, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 57 milyard 231 milyon 669 min dollara çatıb.
Bundan əlavə, 2024-cü ilin oktyabr ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 11,5 faiz artaraq 4 milyard 311 milyon 606 min dollar olub. Amma 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin İƏT ölkələrindən idxalı 6,5 faiz azalarak 35 milyard 150 milyon 171 min dollar olub.
2024-cü ilin oktyabr ayında Türkiyənin ümumi xarici ticarət dövriyyəsi 52 milyard 909 milyon dollar olub, ixracı isə 23 milyard 500 milyon dollar təşkil edib. Eyni dövrdə idxal isə 1,4 faiz azalaraq 29 milyard 409 milyon dollar olub. 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin ümumi xarici ticarət dövriyyəsi 498 milyard 685 milyon dollar olub.
Fuad Mədətov
Fins.az