2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana sement məhsulları ixracı 7,2% artaraq 48,4 milyon dollara çatıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib. Noyabr ayında isə Türkiyədən Azərbaycana 5,6 milyon dollar məbləğində sement məhsulları ixrac edilib, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 43,6% azalma göstərib.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı isə 6,4% azalaraq 4 milyard dollar olub. Noyabr ayında Türkiyə 346 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 0,3% artıb.
Son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement ixrac edib.