Fins.az xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Azərbaycana avtomobil ixracı 17,6 faiz azalarak, 83 milyon 640 min 51 dollara çatıb. Noyabr ayında isə Türkiyə Azərbaycana 8 milyon 372 min 66 dollar dəyərində avtomobil ixrac edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azalma göstərib.
Eyni dövr ərzində Türkiyənin ümumi avtomobil ixracı 6 faiz artaraq 33 milyard 731 milyon 566 min dollara yüksəlib. Noyabr ayında isə ümumi avtomobil ixracı 3 milyard 241 milyon 318 min dollar olub və bu, ötən ilin noyabr ayı ilə müqayisədə 2,3 faiz çoxdur. 2023-2024-cü illərdə isə Türkiyə ümumilikdə 36 milyard 902 milyon 494 min dollar dəyərində avtomobil ixrac edib.