BAZAR

04 Dekabr

Azərbaycanda qızıl və gümüş istehsalında dəyişikliklər olub

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 167,1 kq qızıl və 2 703,2 kq gümüş istehsal edilib.

Fins.az, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qızıl istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,7% artaraq daha yüksək olub, gümüş istehsalı isə 20,3% azalıb. 2023-cü ilin yanvar-oktyabr aylarında 2 131,2 kq qızıl və 3 390,2 kq gümüş istehsal olunmuşdu.

Mis konsentratı istehsalı isə bu ilin ilk 10 ayında 112 ton olub, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 94,7% azalma göstərib. 2023-cü ilin yanvar-oktyabr aylarında 2 115,8 ton mis konsentratı istehsal edilib.