Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) ilə Çindən Azərbaycana 300-cü konteyner blok-qatarı göndərilib.
Fins.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Qatar Çinin Sian şəhərindəki Qazaxıstan–Çin terminalından hərəkət edərək, 8-10 dekabr tarixlərində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq.
TBNM-in əsas tərəfdaşları olan "ADY Express" və "Xi'an Free Trade Port" şirkətləri bu blok-qatarın təşkilində əməkdaşlıq edib.
TBNM vasitəsilə Çindən daşınan yüklərin həcmi bu il 27 min konteyneri keçib, ötən ilə nisbətən 25 dəfə çox artım göstərir. Bu da marşrutun beynəlxalq daşımalar üçün artan əhəmiyyətini göstərir.
Gələcək proqnozlar:
2025-ci ilə qədər Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayı 1000-ə çatdırılacaq.
Əks istiqamətdə də yükdaşımalar başlayıb:
Bakıdan Çinə ilk ixrac blok-qatarı 24 noyabrda yola salınıb. Bu, 62 ədəd 40 futluq konteyner ilə Bakı-Sian marşrutu üzrə ilk ixrac yükləri daşınmasıdır.
TBNM-in inkişafı, Şərq-Qərb-Şərq marşrutunun formalaşmasına və sürətli, təhlükəsiz xidmətlərin təmin olunmasına xidmət edir.