2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq 205 milyon 724 min 20 dollar təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.
Noyabr ayında isə Türkiyə Azərbaycana 22 milyon 506 min 25 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 26,5 faiz azalma deməkdir.
Ümumilikdə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 3 faiz artaraq 15 milyard 205 milyon 762 min dollar olub. Noyabr ayında isə bu ixrac 1 milyard 455 milyon 476 min dollar olub ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 5,2 faiz çoxdur.
Son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyənin elektrik avadanlıqları ixracı 16 milyard 637 milyon 297 min dolları keçib.
Fuad Mədətov
Fins.az