2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz azalaraq 16 milyard 661 milyon 719 min dollara çatıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, 2024-cü ilin noyabr ayında Türkiyə 1 milyard 489 milyon 931 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 4,3 faiz çoxdur.
Eyni zamanda, qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 18 milyard 111 milyon 716 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib.
Fuad Mədətov
Fins.az