Fins.az - Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 14,5 faiz artaraq 3,94 milyard dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Rusiyaya ixrac: 972,5 milyon dollar (+1,2 faiz)
Rusiyadan Azərbaycana idxal: 2,96 milyard dollar (+19,6 faiz)
Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 10 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 2,1 faiz bəndi çoxdur.