Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 83 milyon 854 min ABŞ dolları dəyərində 401 min 958 ton metanol (metil spirti) ixrac edib.
Fins.az, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 10 milyon 715 min ABŞ dolları (14,6%), həcm baxımından isə 7 min 170 ton (1,8%) artım deməkdir.
10 ayda metanol ixracı ölkənin ümumi ixracının 0,37%-ni təşkil edib.
Qeyd edək ki, ötən ilin ilk 10 ayında Azərbaycan 73 milyon 139 min ABŞ dolları dəyərində 394 min 788 ton metanol ixrac etmişdi.