BAZAR

27 Noyabr

Türkiyədə qurulan Qazaxıstan şirkətlərinin sayı azalıb

2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 34 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 şirkət azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumata görə, bu dövr ərzində qeydiyyata alınan Qazaxıstan şirkətlərinin ümumi kapitalı 32 milyon 800 min türk lirəsi olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 175 milyon 805 min türk lirəsi təşkil edirdi.

Qazaxıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin əksəriyyəti İstanbulda (22 şirkət) qeydiyyatdan keçib. İstanbulda qeydiyyata alınan bu şirkətlərin ümumi kapitalı isə 12 milyon 400 min türk lirəsi olub.

2024-cü ilin yanvar-oktyabr ayları ərzində qeydiyyata alınan Qazaxıstan şirkətlərinin 18-i ticarət sahəsində fəaliyyət göstərəcək, qalanları isə Türkiyədəki digər iqtisadi sahələri əhatə edir.

Fuad Mədətov
Fins.az