2024-cü ilin yanvar-oktyabr aylarında İrandan Türkiyə limanlarına ümumilikdə 262 min 186 ton yük daşınıb.
Fins.az xəbər verir ki, bu barədəTürkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Bu dövr ərzində Türkiyə bayrağı altında üzən gəmilərlə İrandan 144 min 728 ton yük daşınarkən, digər dövlətlərin bayrağı altında isə 114 min 536 ton yük daşınıb. İran bayrağı altında isə yalnız 2 min 922 ton yük daşınıb. İrandan Türkiyəyə tranzit yük daşınması isə qeyd olunan dövrdə həyata keçirilməyib.
2024-cü ilin oktyabr ayında Türkiyə limanları ümumilikdə 30 milyon 655 min 349 ton yük qəbul edib. Bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilərlə 2 milyon 474 min 937 ton yük qəbul edilib. Digər ölkələrin bayrağı altında isə 30 milyon 180 min 412 ton yük daşınıb. Oktyabr ayında Türkiyə limanlarından 5 milyon 742 min 347 ton transit yük daşınıb.
Ümumilikdə, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 331 milyon 349 min 368 ton yük qəbul edib. Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 93 min 787 ton olub, digər ölkələrin bayraqları altında isə 306 milyon 255 min 581 ton yük daşınıb. Bu dövr ərzində Türkiyə limanlarından 57 milyon 567 min 755 ton transit yük daşınıb.
2024-cü ilin oktyabr ayında, Türkiyə limanları 5 min 396 gəmi qəbul edib, bunlardan 3 min 451-i digər ölkələrin bayraqları altında, 1 min 945-i isə Türkiyə bayrağı altında olub. Yanvar-oktyabr aylarında isə Türkiyə limanları ümumilikdə 51 min 713 gəmi qəbul edib.
Fuad Mədətov
Fins.az