Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Fransaya 57 milyon 85 min ABŞ dolları dəyərində 89 min 712 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Bu barədə Fins.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 61 milyon 554 min ABŞ dolları (51,9%), həcm baxımından isə 109 min 294 ton(54,9%) azdır.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan Fransaya 118 milyon 639 min ABŞ dolları dəyərində 199 min 6 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Fuad Mədətov
Fins.az