Dünyanın ən böyük fast-food şəbəkəsi olan McDonald's Corp.-un dördüncü rübdə xalis mənfəəti 1,1%, gəliri isə 0,3% azalıb.
Finss.az xəbər verir ki, şirkətin maliyyə hesabatlarına əsasən, 2024-cü ilin oktyabr-dekabr aylarında xalis mənfəəti əvvəlki ilin eyni dövründəki 2,039 milyard dollara qarşı 2,017 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət dəyişməyərək 2,8 dollar səviyyəsində qalıb.
Birdəfəlik faktorlar nəzərə alınmadan mənfəət səhm üçün 2,95 dollardan 2,83 dollara düşüb.
Gəlir bir il əvvəlki 6,406 milyard dollardan 6,388 milyard dollara qədər azalıb.
FactSet tərəfindən sorğuda iştirak edən analitiklər orta hesabla şirkətin düzəliş edilmiş mənfəətini 6,45 milyard dollar gəlirlə bir səhm üçün 2,85 dollar səviyyəsində qiymətləndiriblər.
McDonald's qlobal müqayisəli satışları (bir ildən çox fəaliyyət göstərən restoranlar) son rübdə 0,4% artıb (ekspertlər 1,1% azalma proqnozlaşdırırdılar). Eyni zamanda, ABŞ-da bu rəqəm 1,4% azalıb ki, bu da orta çek məbləğinin azalması ilə əlaqədardır.
2024-cü ilin bütün ili üçün qlobal müqayisəli satışlar 0,1% azalıb, ABŞ-da isə 0,2% artıb.