Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 48,2 min ton ət idxal edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 104,8 milyon ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 13,4 min ton (38,5%), dəyər baxımından isə 34,8 milyon ABŞ dolları (49,7%) çoxdur.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,63%-ni təşkil edib.
Fuad Mədətov
Fins.az