BAZAR

21 Noyabr

Türkiyənin İrana elektrik avadanlıqları ixracı 26,7 % azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin İrana elektrik avadanlıqları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz azalıb və 98,7 milyon dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2024-cü ilin oktyabr ayında Türkiyənin İrana etdiyi ixrac 9,5 milyon dollar olub, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 39,1 faiz azalma göstərir.

Türkiyənin ümumi elektrik avadanlıqları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb və 13,7 milyard dollar olub. 2024-cü ilin oktyabr ayında Türkiyə dünya bazarlarına 1,5 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,2 faiz artım təşkil edir.

Son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyənin elektrik avadanlıqları ixracı 16,6 milyon dollar olub.

Fuad Mədətov
Fins.az