BAZAR

20 Noyabr

Azərbaycanda emal sektorunda dinamik artım qeydə alınıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda Emal sektorunda ən yüksək artım əczaçılıq məhsullarının istehsalında (68,4 %) və avtomobil, qoşqu və yarımqoşquların istehsalında (58,4 %) müşahidə olunub.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə  mebel istehsalı 40,7 %, hazır metal məmulatlarının istehsalı 38,9 %, metallurgiya sənayesi məhsulları 30,3 %, elektrik avadanlıqları 29,6 % artıb.

Bununla yanaşı, poliqrafiya məhsullarının istehsalı 24,9 %, rezin və plastik məmulatların istehsalı isə 20,4 % artıb.

Fuad Mədətov
Fins.az