2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Qazaxıstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz artaraq 398 milyon 384 min 69 dollar olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.
İlin oktyabr ayında isə Türkiyə, Qazaxıstana 52 milyon 192 min 85 dollar dəyərində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 74,6 faiz çoxdur.
Bununla yanaşı, 2024-cü ilin yanvar-oktyabr aylarında ümumilikdə Türkiyənin hazır geyim məhsulları ixracı 7,3 faiz azalıb və bu sahədə ixracın həcmi 15,1 milyard dollar təşkil edib.
Oktyabr ayında isə Türkiyə 15 milyard dollar dəyərində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 5,5 faiz çoxdur.
Son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 18 milyard dollar dəyərində hazır geyim məhsulları ixrac edib.
Fuad Mədətov
Fins.az