2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Ceyhan limanı 858 gəmi qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Ceyhan limanı Türkiyə bayrağı altında üzən 53, digər ölkələrin bayraqları altında üzən isə 805 gəmi qəbul edib.
2024-cü ilin oktyabr ayında Türkiyə limanları ümumilikdə 30 milyon 655 min 349 ton yük qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 474 min 937 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə 30 milyon 180 min 412 ton yük daşınıb.
Bundan əlavə, 2024-cü ilin oktyabr ayında Türkiyə limanlarından 5 milyon 742 min 347 ton transit yük daşınıb.
2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 331 milyon 349 min 368 ton yük qəbul edib. Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 93 min 787 ton, digər ölkələrin bayraqları altında isə 306 milyon 255 min 581 ton olub. Bu dövr ərzində Türkiyə limanlarından 57 milyon 567 min 755 ton transit yük daşınıb.
Məlumatda həmçinin qeyd edilib ki, 2024-cü ilin oktyabr ayında Türkiyə limanları 5 min 396 gəmi qəbul edib. Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında 3 min 451 gəmi, Türkiyə bayrağı altında isə 1 min 945 gəmi qəbul olunub.
Ümumilikdə, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 713 gəmi qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında 18 min 129 gəmi, digər ölkələrin bayraqları altında isə 33 min 584 gəmi qəbul edilib.
Fuad Mədətov
Fins.az