BAZAR

19 Noyabr

Türkiyədən Türkmənistana dəri məhsulları ixracı 32,3% azalıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Türkiyədən Türkmənistana dəri məhsulları ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 32,3% azalaraq 3 milyon 655 min 28 dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata görə, yalnız oktyabr ayında Türkmənistana ixracın həcmi 242 min 79 dollar olub ki, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 70,2% azalma deməkdir.

Ümumilikdə, 2024-cü ilin yanvar-oktyabr dövründə Türkiyənin dəri məhsulları ixracı ümumilikdə 19,7% azalarak 1 milyard 300 milyon 182 min dollar təşkil edib. Oktyabr ayında isə ümumilikdə 132 milyon 738 min dollar dəyərində dəri məhsulları ixrac edilmişdir, bu da keçən ilin oktyabrı ilə müqayisədə 1,3% azalma göstərir.

Son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə ümumilikdə 1 milyard 539 milyon 555 min dollar dəyərində dəri məhsulları ixrac edib. Bu göstəricilər Türkiyənin ixrac etdiyi dəri məhsullarının ümumi həcminin azaldığını göstərir.

Fuad Mədətov
Fins.az