BAZAR

18 Noyabr

Azərbaycan dövlət büdcəsinin gəlirləri 19.4 % artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 19.4% artaraq 31 milyard 542.5 milyon manat təşkil edib.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə büdcənin xərcləri isə 5.5% artım göstərərək 28 milyard 108.2 milyon manata yüksəlib.

Cari ilin 10 ayında dövlət büdcəsinin profisiti 3 milyard 437.3 milyon manat olub. Müqayisə üçün, 2023-cü ilin yanvar-oktyabr dövründə büdcənin icrasında 217.8 milyon manatlıq kəsir qeydə alınıb.

Fuad Mədətov
Fins.az