BAZAR

18 Noyabr

Azərbaycanda sənaye məhsulu istehsalı artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 53,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.

İstehsalın 64 faizi mədənçıxarma sektorunda, 30,3 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar təchizatı sektorunda, 1 faizi isə su təchizatı və tullantıların təmizlənməsi sektorunda qeydə alınıb.

Fuad Mədətov
Fins.az