Finss.az - "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində "Olimpiakos" (İsveç) ilə səfər matçı üçün azarkeşlərinə müraciət edib.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, azarkeşlər üçün ayrılmış vauçerlər bu gündən iTicket.az-da onlayn satışa çıxarılacaq.
Azarkeşlər oyun günü saat 19:00-dan 21:00-a qədər "Stadio Georgios Karaiskakis" stadionunun 27-ci sektorunda vauçerləri biletlərə dəyişməlidirlər. Biletin qiyməti 50 AZN-dir.
Stadionda vauçer və ya bilet satışı olmayacaq. Vauçeri əldə edən şəxslər bilet mübadiləsi zamanı şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Qeyd edək ki, matç yanvarın 30-u yerli vaxtla saat 22:00-da başlayacaq.
Zemfira Ms
Finss.az