Bu ilin yanvar-oktyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 127 600 nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Bu barədə Fins.az DSMF-yə istinadən xəbər verir.
Məlumata görə, onların 52,85 %-ni kişilər, 47,15 %-ni isə qadınlar təşkil edib.
Fuad Mədətov
Fins.az