BAZAR

18 Noyabr

Nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi AÇIQLANIB

Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 24 milyon 620,1 min ton, yük dövriyyəsi isə 9 milyon 905,5 milyon ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3 faiz və 2,1 faiz artım müşahidə olunub.

Fins.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12 milyon 765,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə - 6 milyon 522,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 7 milyon 22,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 4 milyon 552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 279,3 min ton təşkil edib.

Yüklərin 11 milyon 304,2 min tonu və ya 45,9 faizi dəmir yolu nəqliyyatı, 7 milyon 353,6 min tonu və ya 29,9 faizi avtomobil nəqliyyatı, 5 milyon 962,3 min tonu və ya 24,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 57,9 faizini və ya 14 milyon 247,1 min tonunu tranzit yüklər təşkil edib.

Fuad Mədətov
Fins.az